Hindistan əhalisinin sayı azalacaq

Hindistan əhalisinin sayı azalacaq

29 Aprel 2011 14:16
Bəyəndim (0) Bəyənmədim (0)
Uşaq yox - pul var!

Hindistandakı bir əyalətdə övlad sahibi olmanı təxirə salanlar pul qazanırlar. Qərbdə əhalinin sayını artırmaq üçün doğulan uşaqların ailələri mükafatlandırılırkən, Şərqdə vəziyyət tamamilə əksinədir. Hindistanın Maharaşta əyalətində uşaq dünyaya gətirməyən ailələr pul mükafatı alırlar. Həm əhali artımını yavaşlatmaq, həm də qadın sağlamlığını qorumaq üçün nikah zamanı bir müqaviləyə imza atırlar. Bunun ardınca iki il ərzində cütlər hər üç ayda bir təşkil edilən zəruri məsləhətləşmələr və təhsil proqramlarına qatılırlar. Dərslərdə ailə planlaması izah edilir, pulsuz qoruyucu vasitələr, doğum idarə həbi paylanır, abort lazım olsa, bu mövzuda da kömək edilir. Cütlər iki il boyunca uşaqdan imtina edərlərsə, hər ay 5 min rupi (82 manat) alır, bir il daha uşaqsız qalmağı bacara bilərlərsə 2 min 500 rupi daha alırlar.


2001-ci ildə 1,02 milyard olan Hindistan əhalisinin sayı 2011-ci ildə 1,21 milyarda çıxıb. Hindistan əhalisinin 2030-da dünyanın ən sıx əhalisinə sahib Çini (1,34 milyard) keçməsi gözlənilir. Bu ölkədə 2008-ci il rəqəmlərinə görə, hər 100 min canlı doğumda 254 qadın hamiləliklə bağlı ağırlaşmalar üzündən həyatını itirir. Təşviq proqramının başladığı 2007-dən bəri 4 min 300 cütün müraciət etdiyi, bunlardan 1200-nün proqramı tamamladığı bildirilir.


Bundan sonra Hindistanda Zita-Gita kimi filmlər çəkilməyəcək. Çünki əkizlərdən biri və ya hər ikisi abort ediləcək...


Günel Həbib


O.M.