Harry Potterdən 3D-li vida

Harry Potterdən 3D-li vida

29 Aprel 2011 14:07
Bəyəndim (0) Bəyənmədim (0)
Yeni film gözləyənlərə müjdə

JK Rovlinqin (filmin ssenaristi) çox sayda satılan kitabının 2-ci hissəsi satışa çıxır. Harry Potterin maraqla gözlənilən sonuncu filminin ikinci hissəsi - "Harry Potter və Ölüm yadigarları - 2"' də 3 ölçülü olaraq tamaşaçıya vida etməyə hazırlaşır.

Finalda yaxşı ilə pisin mübarizəsi, cadugərlik dünyası əks olunur. Təhlükə heç vaxt bu qədər böyük olmamışdır və artıq heç bir yer etibarlı deyildir. Bu arada, Lord Voldemort ilə son qarşılaşmasına getdikcə yaxınlaşan Harry Potterin ən böyük fədakarlığı etməsi lazım gələcək.

Baş rollardakı Daniel Radcliffe, Rupert Grint və Emma Watsonsa - Harry Potter, Ron Weasley və Hermione Granger rollarını təkrarən ifa edirlər. Devid Yatesin rejissorluğunu üzərinə götürdüyü filmin final heyətində başqa müvəffəqiyyətli adlar da iştirak edir.


Məncə, sonuncu film uğur qazansa, final seriyası serial kimi uzanacaq...


Günel Həbib


O.M.