Böyük gün gəlib çatdı!

Böyük gün gəlib çatdı!

29 Aprel 2011 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

İngilis kraliyyət sarayı üçün böyük gün gəldi! Dövlət məmurunun qızı atasından sonra taxta oturmağa hazırlaşan şahzadə ilə bu gün evlənir.

Uilyam və gələcək həyat yoldaşı Keyt Midleton bu gün nikah masasına oturur. Bütün dünyanın maraqla gözlədiyi Krallıq toyu üçün dünən Londonun məşhur "Westminster" kilsəsində sonuncu dəfə sınaq keçirilib. Böyük toyun sınaqları isə bu gün səhər saatlarında başlayıb. Bundan başqa, mərasim sonunda Buckingham Sarayı üzərində nümayiş uçuşu keçirəcək 7 hərbi təyyarə manevrləri də sınandı. İngilis ordusuna bağlı fərqli birliklərdən 1000 əsgər dan yeri ağarandan etibarən mərasim formaları içində məşqlər ediblər. Toy zamanı Krallıq üzvlərini, Midleton ailəsini və digər əhəmiyyətli qonaqları saray ilə "Westminster" kilsəsi arasında gətirib-aparacaq faytonlar və avtomobillər də bu sınaqlarda yerlərini alıb.

Son testlərdən sonra Uilyam və Keyt şahzadə Çarlsın iqamətgahı "Clarence House"a getdi. Uiliam toy əvvəli gərginliyini velosiped sürərək və yoldaşları ilə top oynayaraq keçirməyə çalışıb. Midleton isə bu gecəni ailəsi ilə lüks hotel "The Goring"də keçirib. Keytin mərasimə gec qalmamağını təmin etmək üçün daha yaxınlıqda seçilən otel 1910-dan bəri xidmət göstərir. Hotel kraliça Elizabetin yanında işlətdiyi şəxslərə verdiyi Yeni il partiyaları ilə tanınır.

Yağış yağarsa...

Cütlük mərasim sonrası faytonla təxminən 15-20 dəqiqəlik bir səfər edərək, xalqı salamlayacaq. Toyun dəvətsiz qonağı isə Şərqi Avropadan gələn fırtınalı və yağışlı havadır. Lakin yağışa qarşı hər cür tədbir alınıb. Cütün xalqı salamlayacağı fayton yağışın şiddətli olması vəziyyətində daha möhkəm və yağışa qarşı dura biləcək başqa bir faytonla dəyişdiriləcək.

Mətbəx alarımdadır ...

Dövlət adamları da daxil olmaqla 1300 qonağın qatılacağı tədbirdə 300 qonağın iştirak edəcəyi axşam yeməyi üçün mətbəx qrupu da son hazırlıqlarını edir. Toy yeməyi zamanı axsaqlıq olmamağı üçün Krallıq üzvləri və Midletonların tam təyin olunan zamanda kilsəyə girməsi lazımdır. Şahzadə Uilyam ilə sağdışı olan qardaşı şahzadə Harri birlikdə 4 dəqiqədə kilsədə olacaq. Kilsəyə ən son çatacaq olan gəlin üçün isə fata və paltarın uzun ətəyi kimi detalların vaxt alacağı göz önünə alınaraq 9 dəqiqə ayrıldı.

Gəlinliyi sirdir...

Keyt Midletonun toyda geyəcəyi gəlinliyi hər kəsi maraqlandırır. Gəlinliyin modeli sirr kimi saxlanılsa da, Keytin uzun ətəksiz bir paltar geyinməsi ehtimal olunmur. İngilis mətbuatında daha əvvəl çıxan xəbərlərdə Midletonun gəlinliyini keçən il intihar edən ingilis dizayner və stilist - "Aleksandr McQueen"in baş dizayneri Sara Burtonun hazırlayacağı iddia edilmişdi. Şahzadə Uilyamın isə toyunda mənsub olduğu hava qüvvələri formasını geyməsi gözlənilir.

İngilislərin marağı...

Uilyam və gələcək həyat yoldaşını yaxından görmək istəyənlər də "Westminster" kilsəsi qarşısında düşərgə qurmağa davam edir. Bir çox adam günlər əvvəlindən palatka, yemək, içkilərini və çətirini götürərək, kilsə qarşısında gözləməyə başlayıb. Bu mərasimin İngiltərənin son 30 ildir gördüyü ən böyük və görkəmli toyu olması gözlənilir. Kral ailəsində ən son evlənən şahzadə Çarlz ilə ledi Diana olmuşdu.

Kral hara, diskoteka hara...

Daha toy reallaşmadan ailələr arasında müharibə qopmuşdu. Keytin bacısı Pippa "Buckingham" sarayının Krallıq salonunu diskoya çevirmək istəyəndə ortalıq bir-birinə qarışdı. Darıxdırıcı mərasim sonrası "dəli" bir parti təşkil etmək istəyən Pippa saraya işıltılı disko topu asdırmaq istədi. Şahzadə Uilyam tərəfindən dəstəklənən fikir Krallıq ailəsində narahatlığa səbəb oldu.

Və sonda xatırladaq ki, yerli vaxtla 15.00-da ingilis Kraliyyət ailəsinə gəlin gələcək. İlin toyundan xəbəriniz olsun deyə, gözünüzü bizdən çəkməyin. 15.00-da heç kimə "randevu" verməyin. Sizi toya biz dəvət edirik...


Günel Həbib


O.M.