İmiclərinə önəm verən prezidentlər

İmiclərinə önəm verən prezidentlər

28 Aprel 2011 10:40
Bəyəndim (0) Bəyənmədim (0)


İmiclərinə önəm vermələri ilə bilinən İtaliyanın baş naziri Silvio Berluskoni və Fransa prezidenti Nikola Sarkozinin "boy" kompleksi gündəmə gəlib. Afrikadan Avropaya immiqrant axını mövzusunda anlaşılmazlıq yaşayan iki lider Romada bir araya gələrkən, boy mövzusunda bir-biri ilə həmfikir olduqları ortaya çıxıb.

Xüsusilə eks maniken Karla Bruni ilə evləndikdən sonra boy fərqinə ciddi fikir verən, hətta zaman-zaman barmaq uclarında gəzən Sarkozi yenə dikdaban ayaqqabısından imtina etmədi. İki liderin yan-yana çəkilən fotoşəkilləri 1.65 sm boydakı Sarkozinin 1.71 boydakı Berluskoni ilə eyni boyda görünmək üçün daha yüksək dikdaban ayaqqabılar geyindiyi ortaya çıxıb.

Sarkozinin həyat yoldaşı Karla Bruni 2 il əvvəl boy uzadan ayaqqabı mövzusunda qəti danışıb: "Təəssüf ki, bu ayaqqabılar xoş görünmür. Ancaq boy fərqini aradan götürür. Yanımda qısa boylu kişi kabus kimidir"

Məhz bu sözlər Sarkozinin boyunu 9 sm uzatdı. Fransız ayaqqabı firması Sarkozi üçün xüsusi dikdaban ayaqqabılar istehsal edərək, "Champs-Elysees" sarayına göndərib.


Bapbalaca boyu var, dam dolusu toyu var...


Günel Həbib


O.M.