THY efiopiyalı xanımın sırğası oldu

THY efiopiyalı xanımın sırğası oldu

28 Aprel 2011 10:18
966
Bəyəndim (0) Bəyənmədim (0)

Türk Hava Yollarının baqaj etiketini çox bəyənərək, onu sırğa əvəzi istifadə edən 6 uşaq anası Ema şirkətin üzü oldu.

Reklam və tanıtma layihəsi üçün bu il 100 milyon dollar büdcə hazırlayan Türk Hava Yolları nə qədər sevilən bir marka olduğunu göstərmək qərarına gəldi. Elə buna görə də Afrikanın ən uzaq ölkələrindən biri olan Efiopiyaya üz tutdu. "Alametifarika" şirkəti tərəfindən çəkilən reklam rolikində Ema baqaj etiketlərini çox bəyəndiyi üçün ondan sırğa kimi istifadə edir. Dimeka kəndinin Hama qəbiləsinin iştirak etdiyi filmin rejissorluğunu Emir Özşahin və Sertuğ Alptekin etdi. Menecer isə Tolqa Erener oldu.

Önümüzdəki günlərdə mavi ekranda görünməsi planlaşdırılan reklam "bütün dünyada gizlən-qaç oynasaydıq, yəqin ki, bizim hazırda olduğumuz yerdə gizlənərdik" sözləri ilə başlayır. Filmin baş rolçusu Ema da günlük həyatından bəhs etdikdən sonra sözü qulağındakı sırğalara gətirir, "Bu etiketləri Dimekaya gələn bir sürücüdən almışam. Rəngini və şəklini bəyəndiyim üçün onları qulaqlarıma taxdım", - şəklində danışdı. THY reklamı daha sonra bütün efiopiyalıların, "We are Turkish Airlines! We are globally yours" (Biz Türk Hava yollarıyıq! Biz qlobal olaraq sizinik), sözləri ilə bitir.


Yəqin ki, bundan sonra efiopiyalı qadının sırğası brilyant qaşlı qızıldan olacaq...


Günel Həbib


O.M.