Şahzadə toyunun qonaqları kimlərdir?

Şahzadə toyunun qonaqları kimlərdir?

27 Aprel 2011 15:09
Bəyəndim (0) Bəyənmədim (0)
Dünyanın ən zənginləri bir arada


Böyük toya sayılı günlər qalıb. İki gündən sonra dünyanın ən tanınmış siyasətçilərindən tutmuş biznesmenlərinə kimi - hər kəs bu tədbirin iştirakçısına çevriləcək. Amma qonaqları birləşdirən tək bir cəhət var: onların heç biri sıradan biri deyil. Ən azından ona görə ki, onların bank hesabları gündən-günə dolub-daşır.

Bilirik, qonaqların kimliyi sizləri çox maraqlandırır. Elə bu marağınıza son qoymaq üçün bu gün şahzadə toyuna dəvətnamə alan "şanslıları" sizlər üçün seçdik. Budur, dünyanın ənləri və onların mal varlıqları...

1. "Riggs" bankın eks prezidenti Co Albritton (sərvəti dəqiq məlum deyil).

2. Hollandiya şahzadəsinin böyük oğlu - vəliəhd Vilem Aleksandr və həyat yoldaşı Maksima: Sərvətləri 200 milyon dolları aşır.

3. Bekhemlər ailəsi: 237 milyon dollarlıq sərvətləri var.

4. Elton Con ailəsi ilə birlikdə toyda olacaq. Onun sərvətinin miqdarı 300 milyon dollardır.

5. İngiltərə şahzadəsi: 450 milyon dollar pulu var.

6. Oman sultanı: 700 milyon dollar bank hesabında yatır.

7. Monako şahzadəsi: 1 milyard dollarlıq sərvətə malikdir.

8. "Virgin" şirkətinin rəhbəri: 2.5 milyard dollar pulu var.

9. Səudiyyə Ərəbistanının kralı: 18 milyard Amerika pulu qədər sərvətin sahibidir.

10. Bruney sultanı: 20 milyard dollarlıq sərvətə malikdir.


Yəqin ki, bu adamları bir şey düşündürəcək - görəsən, toya nə qədər pul salaq?..


Günel Həbib


O.M.