Aya naməlum obyekt çırpıldı – NASA görüntüsünü yaydı

Aya naməlum obyekt çırpıldı – NASA görüntüsünü yaydı

28 İyun 13:58
192
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 25-də ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) kosmik gəmisi “Lunar Reconnaissance Orbiter” (LRO) tərəfindən qeydə alınan görüntüdə bir raketin Aya çırpılması nəticəsində nəhəng kraterin əmələ gəldiyi müşahidə edilib.

Oxuməni.az xəbər verir ki, çökəyin Ayın uzaq tərəfində - qərb hissəsindəki Hertzsprunq kraterinin yaxınlığında və diametrinin təxminən 28 metr olduğu bildirilib.

Elm adamları sözügedən nəhəng kraterin şərq və qərb olaraq ikiyə bölündüyünü desələr də, NASA Aya dəyən raketin hələ də naməlum qaldığını açıqlayıb.

Arizona Universitetinin elm adamı Mark Robinzon deyib ki, martın 4-də Aya çırpılan obyektin çəkisi təxminən 4 ton olub, toqquşmadan əvvəl saatda 9173 kilometr sürətlə hərəkət edib.

Robinzon ərazidə iki kraterin olduğunu, raketin hər iki ucunda böyük kütlənin ola biləcəyini söyləyib.