Heydər Əliyev Rəşid Behbudova at ətini necə yedirtdi?.. - Video

Heydər Əliyev Rəşid Behbudova at ətini necə yedirtdi?.. - Video

28 İyun 2022 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin Xalq artisti Rəşid Behbudov haqqında maraqlı bir xatirəsi var.

Həmin xatirəsində o, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Qazaxıstana səfərindən danışır:

"O vaxtlar Qazaxıstanda sovet hakimiyyətinin qurulmasının 50 illiyi qeyd olunurdu. Rəşid Behbudov da daxil olmaqla, eyni oteldə qalırdıq. Qazaxıstanda da at əti ən mötəbər qonaqlara verilən yemək hesab olunur. Süfrəyə gətiriləndə həmin yeməkdən mən də yedim, dedim, Rəşid sən də ye. Dedi, bu nədir? Dedim: "Çox gözəl quzu ətidir". Rəşid böyük həvəslə at ətindən olan xörəyi yedi.

Ziyafət qurtarandan sonra dedim ki, bilirsən indicə nə yedin? Dedi ki, bəyəm quzu əti deyildi? Dedim: "Yox, at əti yedin". O, çox pərişan oldu: "Bunu niyə etdin və s."

Bağışlayın, bunu deməməliyəm, sonra gedib qusmuşdu..."

Yenisabah.az dövlət başçısının qızı Sevil xanım Əliyevanın YouTube səhifəsindəki həmin videonu təqdim edir: