Terminator geri qayıdır

Terminator geri qayıdır

27 Aprel 2011 13:16
Bəyəndim (0) Bəyənmədim (0)


Məşhur kino aktyor Arnold Şvartseneqqer Terminator haqqında yeni bir filmdə çəkilməyə razılıq verib.

"Lenta.ru" saytının verdiyi məlumata görə, hazırda sayca beşinci olacaq bu filmin istehsal hüquqlarına alıcı axtarılır.

İstehsal hüququ üçün güman edilən məbləğ 29,5 milyon dollardır. Potensial alıcı olaraq Universal, Sony və Lionsgate və CBS Films şirkətləri çıxış edir. Filmin quruluşçu rejissoru olaraq isə "Forsaj 5" filmini yenicə bitirən Castin Linin adı çəkilir.

Qeyd edək ki, Amerika qanunlarına görə, Terminatorun hüquqları 2018-ci ildə filmin orijinalının yaradıcısı olan Ceyms Kemerona qaytarılır. Lakin Ceyms Kemeron bundan öncə dəfələrlə bəyan edib ki, bu filmə yenidən qayıtmaq fikrində deyil. Çünki bu ekran əsərinin imkanları tükənib.