Marsda gözlənilməz kəşf: İnsan izi... - Maraqlı görüntülər

Marsda gözlənilməz kəşf: İnsan izi... - Maraqlı görüntülər

18 İyun 2022 09:23
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) “Perseverance” komandası əvvəllər Marsda qeydə alınmış görüntülərdə iki qaya arasında naməlum cismin tapıldığını bildirib.

Oxuməni.az xəbər verir ki, NASA planetdə iki qaya arasında görünən parlaq, gümüşü materialın termal örtüyün bir hissəsi ola biləcəyini açıqlayıb.

Görüntülərin araşdırıldığı və naməlum cismin 2021-ci ildə göndərilən kəşfiyyat vasitəsindən düşmüş termal örtüyün parçası ola biləcəyi deyilib.

Obyektin “Perseverance” aparatının eniş nöqtəsindən 2 kilometr aralıda olduğu bildirilib.

Sözügedən obyekt təmiz planetlərin ekologiyasının çirklənməsi ilə bağlı narahatlıq doğurub.