Elektrik sevdiyi qızla görüşmək üçün hər dəfə kənddə işıqları söndürürmüş...

Elektrik sevdiyi qızla görüşmək üçün hər dəfə kənddə işıqları söndürürmüş...

27 May 11:25
262
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanda bir elektrik sevgilisi ilə gizli görüşməsi üçün kənddə daima işlıqları söndürürmüş.

Oxuməni.az xəbər verir ki, bu barədə "Oddity Central" nəşi yazıb.

Bir neçə həftə ərzində kənd sakinləri Günəş batandan sonra praktiki olaraq hər gün işıqlarının söndürülməsindən şikayətləniblər.

Rayona xidmət edən energetika şirkəti işığın verilməsində fasilələr barədə hər hansı məlumat verməyib, bu da insanlarda çoxlu suallar doğurub.

Zərərçəkənlər şübhələniblər ki, kimsə bu təxribatları qəsdən törədir.

Günlərin bir günü işıq yenidən sönəndə yerli sakinlər patrul xidməti təşkil edib.

Küçələri gəzərək, onlar məktəb həyətinə çatıb, öz münasibətlərini gizlətməyə cəhd edən iki nəfər sevgiliyə rast gəlib.

Məlum olub ki, ixtisasca elektrik olan bu kişi onu sevgilisi ilə heç kimin görməməsi üçün kəndin elektrik təchizatını kəsirmiş.

KİV- lərin məlumatına görə, elektrik kənd ağsaqqalları tərəfindən döyülüb.

Lakin sonradan onlar məşvərət edib, cütlüyün evlənməyinə razılıq verib.

Məlumata görə, bu nikah elektriki qanunla bağlı problemlərdən xilas edib.

Çünki ona qarşı hər hansı ittiham irəli sürülməyib.