Şok iddia - Aya nüvə bombası atmaq istədilər

Şok iddia - Aya nüvə bombası atmaq istədilər

23 Aprel 2022 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ mətbuatının iddiasına görə, “Qabaqcıl Aviasiya Təhdidinin Müəyyənləşdirilməsi Proqramı”nın (AATIP) müəllifləri kosmos nüvə partlayıcılarının göndərilməsinin və Ayın səthində tunellərin açılmasının mümkünlüyünü araşdırıblar.

Oxuməni.az xəbər verir ki, bu barədə “Vice News” məlumat yayıb.

Nəşrin əldə etdiyi sənədlərə görə, ABŞ hökuməti fəaliyyətini dayandırmış proqram çərçivəsində “görünməzlik plaşı”, cazibə əleyhinə cihazlar, “keçilə bilən qurd dəlikləri” kimi qəribə, eksperimental texnologiyaların tədqiqinə milyonlarla dollar xərcləyib.

Sənədlərdə ən diqqətçəkən iddialardan biri proqramda iştirak edən elm adamlarının Aya nüvə raketi atmaq planıdır.

İddiaya görə, AATIP-ın müəllifləri nüvə partlayıcılarının kosmosa göndərilməsi kimi sınaqdan keçirilməmiş təkliflərin reallıq qabiliyyətini yoxlamağı və Ayda baş verən partlayış vasitəsilə tunel açaraq bu göy cisminin səthində son dərəcə yüngül maddələr tapmağı planlaşdırıblar.

Hesabata görə, Ayda tunel yaratmaq orada mənfi maddənin olub-olmadığını yoxlamağa kömək edəcəkdi. Tədqiqatçılar düşünüblər ki, Ayın mərkəzindəki “mənfi maddə” polad kimi möhkəm, amma 100 000 dəfə yüngül maddə yaradır və kosmik gəmilərin hazırlanmasında istifadə oluna bilər. Əgər proqnozlar doğrudursa, kosmik gəmilər atmosferdə səyahət etmək üçün əhəmiyyətli dərəcədə daha az enerji tələb edəcək.

Bu, ABŞ hökumətinin Aya nüvə bombası atmağı düşündüyü ilk hal deyil. Oxşar plan ABŞ və SSRİ arasında 50 illik ideoloji qarşıdurma olan “soyuq müharibə” dövründə də nəzərdən keçirilib.