Kofe içkisi kişilərə ehtiras gətirirmiş - HAZIRLANMA QAYDASI

Kofe içkisi kişilərə ehtiras gətirirmiş - HAZIRLANMA QAYDASI

9 Yanvar 2022 09:35
Bəyəndim (0) Bəyənmədim (0)

1. Kofe zehni açır. Digər sözlə, kofein beyini aktivləşdirir. Qeyd edim ki, kofein bu gün dünyada ən çox istifadə edilən psixoaktiv maddədir. Kofe içilir, qana qarışır, qanla birgə kofein beyinə çatır. Beyində dopomin və noradrenalin hormonları ifraz edilməyə başlayır. Bu molekullar sinir sistemini sürətləndirir. Kofe içəndə beyinin aktivləşməsi bundandır. Kofe içildikdən bir müddət sonra insanların diqqət, yaddaş, refleks kimi reaksiyalarında önəmli yüksəlişlər olması da elmi cəhətdən sübut olunub.

2. Kofe yağları yandırır. Aktiv həyat və paralelində kofe vərdişi- bu ikisi birlikdə orqanizmdə yağ yandırılması prosesini 3%-dən 10%-ədək sürətləndirir. Beyində ifraz olunan maddələrin təsirilə hüzceyrələrdə lipoliz prosesi –yağların yanması baş verir.
3. Kofe enerji verir. Araşdırmalar kofe içərkən enerjinin 10% artdığını sübut edib. Bu da bayaq qeyd etdiyim lipoliz prosesindən qaynaqlanır. Lipoliz zamanı yağlar yanır və qandakı sərbəst yağ turşuları aşkara çıxır. Bu da enerjini artırır.

4. Kofe antioksidantdır. Bəli, kofenin tərkibində xlorogenik turşular və hidrosinamik turşular kimi polifenollar var. Onlar hüceyrələri DNT xəsarətindən qoruyur.

5. Kofedəki mikroqidalar. Bunlara maqnezium, manqan, dəmir, B2, B3, B5 vitaminləri, kalium daxildir. Yəni, bir fincan kofe içərkən, orqanizminizə bu mikroqidaları da daxil etdiyinizi unutmayın.

6. Kofe alzeymer xəstəliyinə qarşı qoruyur. Aparılan geniş miqyaslı elmi araşdırmalar, mütəmadi olaraq, kofe içənlərin alzeymer xəstəliyinə tutulma riskinin 60% azaldığını deyir. Bu da az öncə haqqında danışdığımız beyində sinir sisteminin sürətlənməsindən, beyin fəaliyyətinin artmasından qaynaqlanır.

7. Kofe parkinson xəstəliyinə qarşı qoruyur. Parkinson xəstəliyi beyində dopomin deyilən hormonun ifrazını təmin edən hüceyrələrin zəifləməsindən və ya ölməsindən yaranır. Bayaq qeyd etdiyimiz kimi, kofein qəbulu beyində dopomin ifrazını artırır. Bunun da sayəsində parkinson riski azalır. Müxtəlif elmi araşdırmalar mütəmadi kofe içənlərin parkinson xəstəliyinə tutulma riskinin 30%, və ya 60% azaldığını göstərir.

3. Kofe enerji verir. Araşdırmalar kofe içərkən enerjinin 10% artdığını sübut edib. Bu da bayaq qeyd etdiyim lipoliz prosesindən qaynaqlanır. Lipoliz zamanı yağlar yanır və qandakı sərbəst yağ turşuları aşkara çıxır. Bu da enerjini artırır.

8. Kofe 2-ci tip diabetə qarşı qoruyur. 500 min nəfər üzərində aparılan geniş miqyaslı araşdırmada gün ərzində içilən hər bir fincan kofenin diabet xəstəliyi riskini 7% aşağı saldığı məlum olub.

9. Kofe qaraciyəri qoruyur. Düzdür, bunu necə edir, hansı mexanizmlə işləyir, hələ kəşf edilməyib. Amma araşdırmaların hamısı eyni nəticəyə gəlib: kofe qaraciyərin yağlanmasına mane olur, serrozu önləyir. Bir araşdırma gün ərzində 4 fincan kofe içməyin qaraciyər serrozu riskini 80% azaltdığını deyir.

10. Kofe ömrü uzadır. Elmi aradşırmalar, mütəmadi olaraq, kofe içməyin ömrü uzatdığını göstərir. Hətta, burda qarşımıza dəqiq rəqəmlər də qoyulur. Mütəxəssislər əmindir ki, kofe içən qadınların ömrü 20%, kişilərin isə 26% uzanır. Həmçinin, 20 il boyunca aparılan bir araşdırma kofe vərdişi olan diabet xəstələrinin ölüm riskinin 30% azaldığını göstərir.

Oxu24.com