Yeni zelandiyalı  pul müqabilində 10 nəfərin yerinə vaksin vurdurub...

Yeni zelandiyalı pul müqabilində 10 nəfərin yerinə vaksin vurdurub...

13 Dekabr 2021 00:06
478
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni zelandiyalı şəxs pul müqabilində digər insanların yerinə peyvənd olunub.

Oxuməni.az xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxs artıq 10 dəfə vaksin vurdurub. Hadisə Yeni Zelandiyanın Səhiyyə Nazirliyi tərəfindən araşdırılır və artıq polisə məlumat verilib. Məlumata görə, kişi gün ərzində bir neçə peyvənd mərkəzinə baş çəkib və digər insanların əvəzinə peyvəndin 10 dozasını alıb.

Oklend Universitetinin immunoloqu Helen Petusis-Harris həmin şəxsin bir neçə gün ərzində özünü pis hiss edəcəyini deyib.

Xatırladaq ki, bu ilin may ayında İtaliyanın Toskana şəhərində 23 yaşlı qadına səhvən altı doza “Faizer” peyvəndi vurulub. O, bir müddət xəstəxanada müşahidəyə alınsa da, daha sonra özünü yaxşı hiss etdiyindən evə buraxılıb.