İnsandan fərqi olmayan canlı: Yeri gələndə qışqırır

İnsandan fərqi olmayan canlı: Yeri gələndə qışqırır

21 Noyabr 11:06
89
Bəyəndim (0) Bəyənmədim (0)

Son illərdə aparılan araşdırmalar nəticəsində bitkilərin ətraf mühiti necə qəbul etdikləri, ətraf mühitlə necə qarşılıqlı əlaqədə olduqları, bir-birləri ilə necə ünsiyyət qurmaları haqqında yeni məlumatlar əldə olunub.

Oxuməni.az-ın məlumatına görə, tədqiqatlar nəticəsində bəlli olub ki, insanlar kimi bitkilər də susuz qaldıqda və ya fiziki zərər gördükdə hiss etdikləri ağrıları eşidilən şəkildə səsləndirə bilirlər.

Ekoloji amillər qlobal istiləşmə, bitkilərdə istilik stresi, su stresi, duz stresi kimi stresslərə səbəb olub. Tədqiqatlar arasında ən diqqət çəkəni İsraildəki Tel-Əviv Universitetinin alimi botanik İtzhak Xaitin komandasına aiddir. Tədqiqatçılar bitkilərin ağrılarını sözlə ifadə edib-etmədiyini yoxlamaq üçün maraqlı üsul hazırlayıblar. Qrup bitkilərdən 10 santimetr aralıda ultrasəs səslərini aşkar edə bilən mikrofonlar yerləşdirib. Sonra bəzi bitkiləri suvarmağı dayandırıb, bəzilərinin gövdəsini kəsiblər. Nəticədə müəyyən olunub ki, susuz qalan bitkilər kəsilmiş bitkilərdən daha yüksək səslər çıxarır. Elm adamları bu səsləri "stresdən qaynaqlanan qışqırıqlar" adlandıraraq, səslərin insan qulağının eşidə bilmədiyi diapazonda olduğunu bildiriblər.

Mütəxəssislər qeyd ediblər ki, bitkilərin stress keçirməsinə səbəb olan iki faktor var. Biotik faktorlar mikroorqanizmlərin (göbələk, bakteriya və virus) infeksiyası və zərərli heyvanların hücumları nəticəsində yaranan stress faktorlarıdır. Abiotik amillər susuzluq, temperatur, duzluluq, radiasiya, kimyəvi maddələr, hava çirkliliyi, ətraf mühitin çirklənməsi kimi ətraf mühit amilləridir.

Bitkilərin səs dalğaları yayması alimləri başqa araşdırmalara da yönləndirib. Alimlər bütün dünyada bitkiçilikdə yaranan problemlərin həllində səs dalğalarından istifadə etməklə hasilatın azalmasının qarşısının alınacağını düşünürlər. Bitkilər stressə qarşı müdafiə mexanizmi olaraq bəzi fermentlər, hormonlar və ion birləşmələrindən (prolin, indol sirkə turşusu, absisik turşu, etilen hormonu, biotik və abiotik jasmonik turşusu, salisilik turşu, ROS) istifadə edirlər. Bunlar eyniylə insanlar peyvənd olunduqda bədəndə virusa qarşı anticisimlərin yaranmasına bənzəyir.

Alimlər xüsusilə torpaqsız əkinçilikdə yeni bir tendensiya olan şaquli əkinçilik tətbiqlərində səs dalğalarından istifadə edilə biləcəyini öyrəniblər. Bu, həm patogenlərin mənfi təsirlərinin aradan qaldırılması, həm də qida qəbulunun səmərəliliyinin artırılması səbəbindən əhəmiyyətli məhsuldarlıq fərqi yaradacaq.

Bitki mühafizəsi tədqiqatları baxımından səs dalğalarına nəzarət potensialı kifayət qədər yüksəkdir. Aşağı tezlikli ultrasəs dalğası ətraf mühit və ekologiyaya zərər vermədən patogen həşərat və zərərvericilərə nəzarəti təmin edə bilir. Mütəxəssislər hesab edir ki, ekoloji baxımdan təmiz və dayanıqlı texnologiyanı kənd təsərrüfatı istehsalına köçürməklə bitkiləri hazır vəziyyətə gətirmək və ya quraqlıq stresindən qorunmaq mümkün ola bilər.