Kosmosda qəribə partlayışlar baş verir - Alimlər sirri çözə bilmirlər

Kosmosda qəribə partlayışlar baş verir - Alimlər sirri çözə bilmirlər

4 Noyabr 2021 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Kosmosda qəribə partlayışlar baş verir. Amma astronomlar bu partlayışların nədən qaynaqlandığını hələ tapa bilməyiblər.

Oxuməni.az xəbər verir ki, astronomlar qəribə kosmik obyektin qısa fasilələrlə dəfələrlə partlamasını 1600 dəfə müşahidə ediblər, amma bunun nədən baş verdiyi naməlum olaraq qalır.

Bu obyekt 2007-ci ildə kəşf olunub və haqqında çox az şey bilinən qəribə kosmik fenomen olan sürətli radio partlayışları (fast radio burst - FRB) yayır.

Bu maraqlı obyekt FRB 121102 adlandırılıb və bizdən 3 milyard işıq ili uzaqlıqda cırtdan qalaktikada yerləşir. Astronomlar bir müddətdir ki, Çində böyük FAST teleskopu ilə FRB 121102-ni müşahidə edirlər. tədqiqatçılar son dövrdə təxminən 60 saat izlədikdən sonra hər 30 saniyədən bir 1652 partlayış qeydə aldıqlarını açıqlayıblar.

FRB 121102-nin maqnitar olub-olmadığı məlum deyil. Bildirilib ki, mənbə ətrafında qaz və tozun tapılması ehtimalı azdır, çünki partlayışların intensivliyi və sürəti bu cür nəsnələrin obyekt ətrafında toplanmasına imkan vermir.