Yer kürəsinin nüvəsində şok araşdırma: “Gizli dünya” üzə çıxdı

Yer kürəsinin nüvəsində şok araşdırma: “Gizli dünya” üzə çıxdı

2 Noyabr 09:41
188
Bəyəndim (0) Bəyənmədim (0)

Yer kürəsinin daxili quruluşunu araşdıran elm adamları planetin dərinliklərində “yeni gizli dünya”ya rast gəldikdə heyrətə düşüblər.

Oxuməni.az xəbər verir ki, bu barədə “Physics of the Eart ve Planetary Interiors” jurnalı məlumat yayıb.

Elm dünyasında yeni cığır açan kəşf Yerin möhkəm nüvəsi haqda onilliklər ərzində qəbul edilmiş nəzəriyyətlərə meydan oxuyur. Yerin daxili nüvəsi diametri təxminən 760 mil (1220 km) olan, əsasən bərk dəmir və nikel kürəsinə bənzəyir. Yer səthindən təxminən 3200 mil aşağıda yerləşən nüvə planetin maqnit sahəsinin yaranmasında müstəsna rola malikdir.

Elm adamları 1950-ci illərdən bəri daxili nüvənin bərk və maye metal təbəqəsi ilə əhatə olunduğu barədə ümumi razılığa gəliblər.

Havay Universitetinin geofiziki Rett Batlerin başçılıq etdiyi bir komanda nüvənin yumşaq, bərk və maye materialların qarışığı kimi göründüyünü təsbit edib.

Yerin nüvəsindəki təzyiq və temperatur heç bir cismin ora yaxınlaşmasına imkan verməyəcək qədər böyükdür.

Batler və həmkarları seysmik dalğaları araşdıraraq nüvənin tərkibini təhlil ediblər. Yer qabığının və mantiyanın yuxarı hissəsindəki zəlzələlərlə işıqlandırılan və seysmik rəsədxanalar tərəfindən müşahidə edilən seysmoloji gəlişmələr daxili nüvə və onun proseslərini araşdırmaq üçün yeganə birbaşa yol təqdim edir.

Zəlzələ dalğaları planetin çoxsaylı təbəqələrindən keçərkən sürətini dəyişir və mineral tərkibi, sıxlığı və temperaturundan asılı olaraq əks oluna və sındırıla bilər.

Batler və komandası bu zəlzələləri təsbit edildiyi yerin əks ucundan izləyərək nüvədən məlumat toplayıb. Seysmoloji tapıntılar alimlərə nüvənin daxili dinamikasını, həmçinin planetin maqnit sahəsini yaradan prosesləri daha yaxşı anlamağa kömək edəcək.

Tədqiqatda iştirak etməyən Bristol Universitetinin seysmoloqu Cessika İrvinq “Live Science”ə deyib: “Daha çox baxsaq, bunun adi və maraqsız dəmir parçası olmadığını görərik. Biz tamamilə yeni gizli dünya tapırıq”.