NASA rəhbərindən şok iddia: “Onlar var, amma harada yaşadıqlarını bilmirik”

NASA rəhbərindən şok iddia: “Onlar var, amma harada yaşadıqlarını bilmirik”

29 Oktyabr 2021 06:37
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson növbəti dəfə uçan naməlum obyektlərlə (UNO) bağlı ilginc açıqlama verib.

Oxuməni.az xəbər verir ki, Nelson ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotlarının UNO müşahidələri haqda fikirlərini bildirib.

Nelson bu olayların nə ilə bağlı olduğunu həqiqətən anlamadığını, onların (UNO-ların) Yerdənkənar həyata mənsubluğu ehtimalının istisna olunmadığını iddia edib.

NASA rəhbəri pilotlarla danışdığını, onların UNO-ları gördüklərini deyib. Bununla belə, o, UNO-ların haradan gəldiklərini bilmədiyini söyləyib.

Nelson yadplanetlilərin mövcud olquqalarını, amma onların harada yaşadıqlarının indiki halda məlum olmadığı iddiasını növbəti dəfə təkrarlayıb.

NASA rəhbəri bundan əvvəl UNO-ların ABŞ Silahlı Qüvvələrin radarlarına düşdüyünü iddia etmişdi.