Kosmosdan gələn sirli siqnalın mənbəyi tapıldı – Alimlər gülüş hədəfinə çevrildi

Kosmosdan gələn sirli siqnalın mənbəyi tapıldı – Alimlər gülüş hədəfinə çevrildi

28 Oktyabr 2021 09:24
Bəyəndim (0) Bəyənmədim (0)

Alimlər aylardır kosmosdan gələn sirli siqnal üzərində araşdırma aparırlar. Bundan əvvəl 4 dəfə təsbit edilən siqnalın mənbəyi hər kəsi maraqlandırırdı. Alimlər nəhayət siqnalın mənbəyini müəyyən ediblər.

Oxuməni.az xəbər verir ki, Yerdən gedən siqnalın yanlış olaraq kosmosdan gəlirmiş kimi düşünüldüyü bildirilib.

Məlum olub ki, mənbənin yadplanetlilərlə heç bir əlaqəsi yoxdur. Beləliklə, Günəş sistemindən kənarından gəldiyi düşünülən və kosmosda həyat axtaran astronomları həyəcanlandıran radio siqnallarının “yanlış həyəcan siqnalları” olduğu ortaya çıxıb. Araşdırmalar siqnalların əslində Yerlə əlaqəsinin olduğunu bəlli edib.

Bu qəribə siqnalları Avstraliyanın Parkes Rəsədxanasının teleskopu 2019-cu ildə təsbit edib. İndiyədək siqnalın Günəşin ən yaxın qonşusu olan Proksima Sentavr ulduz sistemindən gəldiyi düşünülürdü.

Bu ulduz sistemində iki planet var. Onlardan birində suyun və həyatın olduğu düşünülür. Bu məqsədlə gələcəkdə bu planetə kosmik gəminin göndərilməsi planlaşdırılır. Məhz bu səbəbdən məlum radio siqnal elmi ictimaiyyətdə böyük həyəcana səbəb olub.

İki il sonra müəmmalı siqnalın əsl mənbəyi ilə bağlı verilən açıqlama sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.