NASA rəhbəri gizlədilən sirri açdı: “Kainatda tək deyilik”

NASA rəhbəri gizlədilən sirri açdı: “Kainatda tək deyilik”

26 Oktyabr 2021 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Sosial şəbəkələr ABŞ-ın Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelsonun məxfi məlumatları açıqlamasını müzakirə edir.

Oxuməni.az xəbər verir ki, bundan “Kainatda tək olduğumuzu düşünmürəm” deyən Nelson bu dəfə UNO-ların varlığı ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Nelson UNO-ya bənzər aparatların hərbi radarlara düşdüyünü, bununla bağlı araşdırmaların davam etdiyini bildirib.

NASA rəhbəri naməlum uçan obyektlərin (UNO) varlığının dünyadan kənar həyat arasında mümkün əlaqə yarada biləcəyini deyib: “Pilotlarla danışdım və onlar bir şey gördüklərini və onların radarlara düşdüklərini deyirlər. Amma bunun nə olduğunu bilmirlər. Biz də bunun nə olduğunu bilmirik. Ümid edirik ki, dünyada hər cür texnologiyaya sahib olan düşmən deyil”.

Nelson Yerdən kənarda həyat axtarışının NASA-nın davamlı missiyası olduğunu söyləyib.

NASA-nın 14-cü rəhbəri olan Nelson çıxışının davamında paralel kainatlardan da bəhs edib: “İndi başqa kainatların ola biləcəyinə dair nəzəriyyələr də var. Əgər belədirsə, mən kiməm ki, Yer kürəsinin həyat olan yeganə məkan olduğunu söyləyim?”.