Təbii balı saxta baldan necə fərqləndirmək olar?

Təbii balı saxta baldan necə fərqləndirmək olar?

25 Oktyabr 2021 06:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bal ən faydalı və müalicəvi məhsullardan biri sayılır. Lakin bu, yalnız təbii bala aiddir.

Oxuməni.az xəbər verir ki, arıçı Tural Əliyevin sözlərinə görə, təmiz balla saxta balın ən düzgün öyrənilməsi və fərqləndirilməsi laboratoriya yolu ilə həyata keçirilə bilər. Bu çətin və hər kəs üçün əlçatan proses olmadığına görə, çalışın ki, balı tanıdığınız insanlardan alasınız.

"Saxta balı yediyiniz zaman, dad və qoxu hiss etməzsiniz. Belə balın tərkibində, süni dadlandırıcılar olur. İstehsalçılar, arıları şəkərlə qidalandıraraq, tərkibində polen olmayan maddə ifarz etmələrini təmin edərlər",- deyə arıçı bildirib.

Təbii balı, saxta baldan necə fərqləndirməli?

- Təbii balı, saxta baldan fərqləndirmək üçün, bir qaşıq götürüb suyun içinə qoyun. Bal suda əriyərsə, təbii bal deyil. Bal suyun dibinə çökərsə, təbiidir.

- Balın üstünə bir neçə damla yod əlavə edin və içində az su olan stəkana tökün. Balın rəngi mavi rəngi alarsa, deməli, içində qarğıdalı nişastası var.

- Su stəkanının içinə bir neçə damla sirkə tökün, daha sonra bal əlavə edin. Bal qaynamağa başlayarsa, tərkibində süni maddələr var.

- Kibriti balın içinə salıb çıxarın və sonra yandırın. Əgər yanarsa, bal təbiidir.

Bununla yanaşı başqa metodlar da var. Bal soyuducuda xarlanırsa, təbii baldır. Təbii bal qaşıqlayan zaman kəsintisiz gəlir. Soyuducuda bir ay qaldıqdan sonra xarlanan, kremləşən bal təbii baldır. Soyuq havada donmayan maddə, bal deyil.

Balın faydaları

Balın faydaları ilə bağlı çox iddialar olsa da, hamısı doğru deyil.

Bal çiçəklərdən alınan nektarlar ilə istehsal edilir. Çiçəklərdə olan nektar çox xüsusidir. Nektarın tərkibində minerallar, vitamin və təbii turşular var. Balın tərkibində antioksidant güclü olduğu üçün, insan bal yedikdən sonra antioksidan səviyyəsi yüksəlir. Qanda antioksidant səviyyəsinin artması isə, hüceyrələrə zərər verən, yaşlanmağa səbəb olan, xərçəng riskini artıran, ürək damar xəstəliyinə səbəb olan oksigen radikallarının azalması və xəstəliklərdən qorunmaq deməkdir.

Xolesterolu aşağı salır

Ürək-damar xəstəliyi riski baxımından, xolesterol dəyərləri olduqca önəmlidir. Çünki xolesterol, damarların divarlarında kiçik tıxanmalara səbəb olur. Bu tıxanmalar isə infarkt, paralic və s. riski artırır.

Öskürəyi kəsir

Xüsusilə, uşaqlıqda üst tənəffüs yolu infeksiyalarını çox müşahidə edirik. Bal, bütün öskürək siroplarından üstündür və öskürək kəsici xüsusiyyəti var.

Ancaq 1 yaşından kiçik uşaqlara bal vermək olmaz.

Balın zərərləri

Həddən artıq şəkər tərkibli olduğu üçün insulinə qarşı müqaviməti olan, köklük və şəkərli diabetdən əziyyət çəkən şəxslərə tövsiyyə edilmir.