Naməlum mənbə Yerə siqnal göndərir – Astronomlar kosmosda sirli “parıltılar” qeydə alırlar

Naməlum mənbə Yerə siqnal göndərir – Astronomlar kosmosda sirli “parıltılar” qeydə alırlar

19 Oktyabr 14:45
273
Bəyəndim (0) Bəyənmədim (1)

Çin astronomları kosmosun dərinliklərindən böyük radiosiqnallar toplusu qəbul ediblər.

Oxuməni.az-ın "Nature" jurnalına istinadən verdiyi xəbərə görə, Çin elmlər akademiyası Milli astronomik abservatoriyasının alimləri artıq bir aydan çoxdur ki, sirli parıltılar qeydə alırlar.

İşi professor Li Di və doktor Van Peynın rəhbərliyi altında astrofiziklər komandası aparır.

Tədqiqatçılar sürətli radiosiqnalları müəyyən etmək üçün Fast Radio Burst və ya qısaca FRB adlanan termindən istifadə edirlər ki, bu zaman onların mənşəyi qeyri-müəyyən qalır. Mütəxəssislərin sözlərinə görə, radiosiqnallar çox qısa zaman kəsiyində daxil olurlar, onların mənbəyi isə uzaq kosmosda yerləşir və qeyri-müəyyən olaraq qalır. Alimlər qeyd edirlər ki, siqnallar güclü enerji parıltıları ilə müşayiət olunur, müddətinin uzunluğu isə bir neçə millisaniyə təşkil edir. Onlar vahid xarakter daşımır. Parıltıların bir çoxu bir neçə dəfə təkrarlanır və müəyyən müntəzəmlik daşıyır. Belə ki, 47 gün ərzində Yerə 1 min 652 sürətli radioparıltı daxil olub. Bu siqnallar toplusu ən nəhəngi hesab olunur ki, hələlik mütəxəssislərə məlumdur.

Ekspertlərin fikrincə, mümkündür ki, siqnalların mənbəyi karlik qalaktikalarda yerləşir. Oradan daxil olan siqnalların bir çoxu daimi fəaliyyət göstərən radiomənbəyin olduğunu nümayiş etdirir.