İndi də pişiklər oğurluğa başlayıb

İndi də pişiklər oğurluğa başlayıb

26 Aprel 2011 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

"İnterfaks" ın verdiyi məlumata görə, Rusiyanın Sverdlovsk vilayətindəki Kamensk-Uralsk şəhərində inanılması çətin olan bir hadisə baş verib. Belə ki, bir pişik sahibəsinin 3 min dollarlıq qızıl-zinət əşyalarını oğurlayıb.


Qadın bu barədə rayon daxili işlər idarəsinə xəbər verib və hadisə yerinə gələn asayiş keşikçiləri oğurluq faktını qeydə alıblar.


Amma asayiş keşikçilərinin uzun müddətli axtarışından sonra mənzildə heç bir quldurluq izi tapılmayıb.


Bir müddətdən sonra qadın deyib ki, oğrunun kim olduğunu bilir.


Qadın, "Gümanım pişiyə getdi. Çünki səhər tezdən onun ağzında qızıl üzüyü tutub yan otağa keçdiyini gördüm", deyib.

Mənzildə aparılan axtarış zamanı pişiyin müxtəlif yerlərdə gizlədiyi qızıllar tapılıb.


Əməlli-başlı siçan pişik oynayıblar...


Hafiz Əhmədov


O.M.