Kosmosun inanılmaz sirləri: Üç günəşi olan planet kəşf olundu

Kosmosun inanılmaz sirləri: Üç günəşi olan planet kəşf olundu

5 Oktyabr 06:34
101
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı tədqiqatçılar üç ulduzun ətrafında fırlanan ilk planeti kəşf ediblər.

Astronomlar GW Ori kimi bir fenomen olaraq müşahidə etdikləri ulduz sistemlərinin yarısının cazibə qüvvəsi ilə bir-birinə bağlı iki və ya daha çox ulduzdan ibarət olduğunu düşünürlər.

İndiyə qədər üç ulduzun ətrafında fırlanan heç bir planet kəşf edilməmişdi. Amma bu durum artıq dəyişib.

Amerikalı astronomlar planetlərin və onların ulduz sistemlərinin yaranmasının bəzi sirlərini açmaq üçün üç ulduzlu sistemi müşahidə edirdilər. Bunun üçün ALMA teleskopundan istifadə olunurdu. Elm adamları əldə etdikləri məlumatlar əsasında üç ulduzun ətrafındakı toz halqalarını təhlil ediblər. Toz halqalarında qəribə boşluq tapıblar.

Araşdırma qrupu üç ulduzun cazibə qüvvəsinin səbəb olduğu ehtimal da daxil olmaqla bir çox fərqli ehtimalları nəzərə alaraq boşluğun səbəbini qiymətləndirib. Təhlillərdən sonra bu boşluğa Yupiterə bənzər və ya daha böyük bir planetin səbəb olduğu üzə çıxıb.

Tədqiqatçı Ceremi Smolvud bir ulduz sistemində əvvəlcə qaz nəhənglərinin, sonra Yer və Mars kimi planetlərin əmələ gəldiyini deyib. Üç ulduzlu sistemdə kəşf edilən bu planetin sistemdə yaranmış ilk planet də ola biləcəyini deyib.