"50 qram kolbasada bir qutu siqaretlə eyni miqdarda xərçəng yaradan maddə var”- SOS!!!

"50 qram kolbasada bir qutu siqaretlə eyni miqdarda xərçəng yaradan maddə var”- SOS!!!

2 Oktyabr 2021 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

“Xərçəng şişlərinin təxminən 80% -nin inkişafına səbəb insan orqanizminin çox sayda kanserogen maddələrin təsirinə məruz qalmasıdır”.

Oxuməni.az xəbər verir ki, bu fikri rusiyalı onkoloq və cərrah İvan Karasev "İnstaqram”dakı paylaşımında bildirib.

Kanserogenlərin yüksək konsentrasiyası hisə verilmiş kolbasa, konservləşdirilmiş yeməklərdə, jambon(yaxud bekon) və basdırmada(yaxud vetçina) olur. Buna görə də həmin qidalar gündəlik istehlak edilməməlidir.

"50 qram hisə verilmiş kolbasanın bir qutu siqaretlə eyni miqdarda kanserogen maddə ehtiva etdiyi sübut edilib"- deyə xərçəng xəstəliyi üzrə mütəxəssis həyəcan təbili çalıb.

Karasev qida rasionuna daha çox tərəvəz və meyvə əlavə etməyi məsləhət görüb. Ancaq onlar istifadə edilməzdən öncə yaxşıca yuyulmalı və qabıqları soyulmalıdır.

"Kələmdən 2-3 üst təbəqə çıxarılmalıdır. Yerköküdə nüvə hissəsini yemək üçün istifadə etməmək, cəfəri və kərəvizdə isə yalnız yarpaqları yemək məsləhət görülür"-deyə onkoloq-cərrah tövsiyə edib. moderator.az