Şok hesabat: 2500-cü ildə dünya cəhənnəmə çevriləcək

Şok hesabat: 2500-cü ildə dünya cəhənnəmə çevriləcək

1 Oktyabr 2021 09:18
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da bir araya gələn 13 elm adamı 2500-cü ildə dünyada nələrin baş verəcəyi ilə bağlı proqnoz açıqlayıb.

Oxuməni.az xəbər verir ki, 13 alimin birgə hazırladığı hesabat elm cameəsində qarışıqlığa səbəb olub. Belə ki, bəzi ölkələrdə elm adamları sözügedən hesabatın yayılmasına qarşı çıxıblar. Çünki hesabatda yer alan proqnozlar insanları təşvişə sala bilər.

Sözügedən 13 elm adamına rəhbərlik edən Kristofer Lion Paris İqlim Sazişindən daha əhatəli bir razılaşmaya ehtiyac olduğunu vurğulayıb.

Qeyd olunub ki, Paris sazişinin bütün şərtləri yerinə yetirilərsə, bu əsrin sonunda hava temperaturu öncəki dövrlə müqayisədə 2 dərəcə aşağı olacaq, ancaq bu tədbirlər belə qlobal istiləşməni 2100-cü ildə də dayandırmayacaq.

Araşdırmalara əsasən, 2100-cü ilə qədər dünyada temperatur 2,7 selsi artacaq. Bu vəziyyətdə böyük meşə yanğınları, şiddətli quraqlıq və daşqınlar qaçılmaz olacaq.

Hesabat müəlliflərinin fikrincə, belə davam edərsə, 2500-cü ilə qədər dünya insanlar üçün cəhənnəmə çevriləcək.

PS. Amma buna da inanmaq çətindir. Alimlərin mülahizələri nəzəriyyədən başqa bir şey deyil. İndi bu dəhşət dolu hesabatı verən bu alimlər 2000-ci il başlayanda dünyanın sonu çatacağını iddia edirdilər və bunu qədim Mayya təqvimində dünyanın ömrünün 1999-cu ildən sonra hesabalnmaması ilə bağlayırdılar. Bu başa bəla alimlər 1999-cu ilin sonlarında, 2000-ci illərin ilk günlərində dünyanın guya qaranlığa qərq olacağını və bunun nə vaxt bitəcəyinin bilinmədiyini iddıa edərək əhali arasında panika-təşviş və həyəcan yaratmışdılar. Nəticədə bir andaca əhali kütləvi şəkildə mağazalardan ərzaq və şam alaraq ərzaq qıtlığına səbəb olmuşdular. Amma bütün bunlar yalan çıxdı və 2000-ci ildə dünyanın sonu gəlmədi. Ona görə də təşvişə düşməyə ehtiyac yoxdur. Nəinki 2500-cü hətta bir neçə saatdan sonra nə baş verəcəyini ən məşhur alimlər belə deyə bilməz. Hər şey Allahın iradəsindən asılıdır və alimlərin dediklərinin əksinə olaraq 2500-cü ildə bizim təsəvvür edə bilməyəcəyimiz elmi-texniki inkişaf ola və insanlar günümüzdəki taksilərin rolunu oynayan uçan aparatlarla digər planetlərə gedib-gələ bilərlər...

Əziz Mustafa