Marsda əvvəllər həyat olub:  Ehtimallar elmi təsdiqini tapır

Marsda əvvəllər həyat olub: Ehtimallar elmi təsdiqini tapır

12 Sentyabr 12:19
138
Bəyəndim (0) Bəyənmədim (0)

Marsda milyardlarla il əvvəl yaşayış olması haqda iddialar artmağa başlayıb. Qırmızı planetdə tapılan qaya nümunələri bu iddiaları daha da gücləndirib.

Oxuməni.az xəbər verir ki, NASA tərəfindən Marsa göndərilən "Persevarence" kəşfiyyat vasitəsi buradan toplanan ilk qaya nümunələrinin uzun müddət su ilə təmasda olduğunu aşkarlayıb. Bu isə qırmızı planetdə milyardlarla il əvvəl yaşayış ola biləcəyinə dair ehtimalları artırır.

"Avronyus"un yaydığı xəbərə görə, Marsa səyahət layihəsinin məsul elm adamlarından olan Ken Farley açıqlamasında bildirib ki, toplanan ilk qaya nümunələri nə vaxtsa potensial yaşayış və davamlı bir mühit olduğunu sübut edir.

NASA geoloqu Keyt Stak Morqan da qayalarla bağlı maraqlı bir fakt olduğunu deyib. O qeyd edib ki, qayalar yeraltı sularla davamlı qarşılıqlı əlaqədə olub, bu da qırmızı planetdə yaşayış üçün mühit ola biləcəyi ehtimallarını artırır.

Toplanan süxurların tərkibində tapılan duz mineralları da Marsda suyun olduğuna dair bir işarədir.

Qeyd edək ki, "Persevarence" kəşfiyyat vasitəsinin altı təkərli robotu eyni qayadan sentyabrın 6-da "Montdenier", sentyabrın 8-də ikinci "Montagnac" olaraq təyin olunan nümunələr toplayıb. Nümunələrin milyardlarla il əvvəl qırmızı planetdə həyat olub-olmadığını araşdırmasına dair elm adamlarına kömək edəcəyi gözlənilir.