"Tesla" subasan yolla  hərəkət edir: avtomobilin salonundan videogörüntülər

"Tesla" subasan yolla hərəkət edir: avtomobilin salonundan videogörüntülər

2 Avqust 14:02
1 310
Bəyəndim (0) Bəyənmədim (0)

Bu yaxınlarda Çində yağan güclü yağışlar nəticəsində yolların əksəriyyətini su basıb. Belə su basmış yollardan biri ilə irəliləyən "Tesla" dərhal diqqəti cəlb edib. Bəzi yerlərdə su avtomobilin şüşələrinə qədər çatıb. Amma "Tesla model3" buna fikir vermədən hərəkətini davam etdirib. Bu hadisə avtomobilin salonundan videoya alınıb və videoçarx halında sosial şəbəkələrdə paylaşılıb. Paylaşım "Tesla"ya böyük populyarlıq gətirib.

Xatırladaq ki, hələ beş il əvvəl "Tesla"nın icraçı direktoru İlon Mask (Elon Musk) məsələ ilə bağlı mətbuata açıqlama vermişdi. O demişdi ki, "Tesla Model 3" kifayət qədər yaxşı üzür və bir müddət qayığa çevrilə bilər. Bu zaman avtomobil təkərlərin fırlanması hesabına suda üzərək hərəkət etməyə davam edəcək. Lakin şirkətin rəhbərliyi o vaxt bunu yoxlamağı tövsiyə etmədiyini bildirmişdi. Son görüntülər göstərdi ki, "Tesla" istənilən hava şəraitində hərəkət etməyə qadirdir.

Emin Axund, Oxuməni.az