AMEA-da “günaşırı” iş sisteminin tətbiqinə başlanıldı

AMEA-da “günaşırı” iş sisteminin tətbiqinə başlanıldı

2 İyun 2020 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Pandemiya ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçiləri üçün “günaşırı” iş sistemi tətbiq olunmağa başlayıb.

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, AMEA-da işçilərin hamısı eyni gündə işə gələrsə, sosial məsafənin gözlənilməsi tələbini qorumaq çətin olar:

“Biz buna görə də belə bir addım atmışıq ki, AMEA-da yaşı 60-dan çox olan işçilər həftənin cüt günlərində - çərşənbə axşamı və cümə axşamları, qalan heyət isə həftənin tək günlərində işə gəlsin. Bu halda iş yerində sosial məsafəni qorumaq mümkün olacaq. Müdiriyyət zəruri hallarda tək günlərdə işə gələn əməkdaşları həftənin cüt günlərində də işə dəvət edə bilər”.

İ.Həbibbəyli işçilərin xüsusi karantin rejimi bitənədək, yəni iyunun 15-dək “günaşırı” iş sistemi ilə çalışacaqlarını söyləyib.

Oxuməni.az