Sabah havanın temperaturu 31 dərəcə isti olacaq

Sabah havanın temperaturu 31 dərəcə isti olacaq

31 May 2012 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru güclənəcək. Gecə 16-21, gündüz 27-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 01-də əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

O.M.