Facebook-un səhmlərini alan brokerlər satışın ilk günündə 100 mln. dollar itirdilər

Facebook-un səhmlərini alan brokerlər satışın ilk günündə 100 mln. dollar itirdilər

25 May 2012 12:46
Bəyəndim (0) Bəyənmədim (0)
İtkiyə səbəb “Nasdaq”ın kompüter şəbəkəsindəki 2 saatlıq nasazlıq oldu

"Knight Capital" və "Citadel Securities" kimi iri broker kampaniyaları Nasdaq birjasında Facebook-un səhmlərinin ilk satış günü 100 milyon ABŞ dolları itirdiblər. Financial Times qəzetinin məlumatına görə, texniki nasazlıq səbəbi ilə iki saatdan çox bir müddət ərzində kompüterlərdə məlumatlar yenilənmirdi. Odur ki, əvvəlcədən səhmləri alanlar sonradan təcili surətdə onları satışa çıxarmalı oldular. Nəticədə, qiymət gözlənildiyindən aşağı düşdü.

Xatırladaq ki, ötən həftə Facebook nominal dəyəri 38 $-dan 16 milyard $ həcmində səhmlərini satışa çıxarmışdı. 24 may uğursuzluğu nəticəsində səhmlərin qiyməti 33.03 $ qədər düşdü.

O.M.