Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşır

13 Yanvar 2021 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Oxuməni.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,15 ABŞ dollar və ya 2,07% artaraq 56,82 dollar təşkil edib. Ekspertlər belə hesab edirlər ki, dünya bazarında neftin qiymətinin artması beynəlxalq aləmdə baş verən hadisələrlə, o cümlədən ABŞ-da keçirilən son prezident seçkiləri ilə əlaqədardır. Neftin qiymətinin gələcəkdə də artıb-artmaması isə ABŞ-ın yeni prezidenti Co Baydenin iqtisadi və siyasi sahədə atacağı addımlardan asılı olacaq.

Oxuməni.az