Serbiya 172,7 mln. avro borcunu vaxtından əvvəl ödəyərək krediti bağlayıb

Serbiya 172,7 mln. avro borcunu vaxtından əvvəl ödəyərək krediti bağlayıb

12 Yanvar 2021 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Serbiya hökuməti "11-ci Dəhliz" magistralının Liq-Prelina hissənin tikintisi üçün Azərbaycandan cəlb etdiyi 300 mln. avroluq kredit üzrə qalan 172,7 mln. avro borcunu vaxtından əvvəl ödəyərək krediti bağlayıb.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Serbiyanın maliyyə naziri Sinişa Mali deyib.

Serbiya hökuməti krediti tam ödəmək üçün özünün "Komercijalna Banka"da olan 83,23% payını Sloveniyanın "Nova Ljubljanska Bank"ına 394,7 mln. avroya satıb. Qeyd edək ki, Serbiya və Monteneqro arasında "11-ci Dəhliz" magistralının Liq-Prelina hissənin tikintisi ücün 2012-ci ildə Azərbaycan Serbiyaya qarşılıqlı sərfəli şərtlərlə və dövlət zəmanəti ilə verilən ilk 3 ili güzəşt dövrü olmaqla 15 il müddətinə 300 mln. avro məbləğində kredit ayırmışdı. Layihənin baş podratçısı qismində Azərbaycanın "Azvirt" şirkəti çıxış edib.

Səda