Rusiyanın Avropadakı müttəfiqi "Türk Axını" nın tikintisini dayandırıb

Rusiyanın Avropadakı müttəfiqi "Türk Axını" nın tikintisini dayandırıb

25 Noyabr 2020 13:42
Bəyəndim (0) Bəyənmədim (0)

Avropada Rusiyanın ənənəvi müttəfiqi olan Serbiya "Türk Axını"nın tikintisini dayandırıb.

Oxuməni.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən Platts agentliyi məlumat yayıb.

Serbiyadakı "Türk Axını" nın Macarıstana nəql edilməli olan sahəsinin 2020-ci ilin sonunda təhvil verilməsi planlaşdırılırdı. İndi mənbələr tikinti işlərinin 2021-ci ilin baharına qədər davam edə biləcəyini iddia edirlər.

Serbiya Təbii Qaz Assosiasiyasının prezidenti Voislav Vuletiç əvvəllər bildirmişdi ki, qaz kəmərinin Bolqarıstan və Serbiya sahələrinin xətti hissəsi birləşdirilib. Amma Serbiya ərazisində kompressor stansiyasını yalnız 2021-ci ilin mayında tikib başa çatdırmaq mümkün olacaq.

Serbiyada "Türk axını" problemi Rusiyanın Ukrayna ərazisi ilə qaz nəqlindən asılılığının artması ilə nəticələnə bilər. Qüvvədə olan tranzit müqaviləsinə əsasən,"Qazprom" 2020-ci ildə Ukrayna ərazisi ilə 65 milyard kubmetr, 2021-ci ildə isə 40 milyard kubmetr qaz nəql etməlidir. "Türk axını"nın gecikməsi isə Rusiyanı Ukrayna ərazisi ilə Avropaya nəql ediləcək qazın həcmini artırmağa məcbur edəcək. Bu da Rusiyanın əlavə olaraq Ukrayanaya 10 mlyonlarla dollar ödəməsi demək olacaq.

Emin Axund