İlon Mask dünyada ən zəngin ikinci şəxs oldu

İlon Mask dünyada ən zəngin ikinci şəxs oldu

24 Noyabr 2020 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

“Speys X” və “Tesla”nın rəhbəri İlon Mask dünyanın ən zənginləri sırasında ikinci pilləyə yüksəlib.

Oxuməni.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb. Məlumata görə, Maskın sərvəti 127,9 milyard dollara çatıb.

Maskdan sonrakı yerdə Bill Qeyts qərarlaşıb ki, onun da sərvəti 127,7 milyard dollar təşkil edib.

Milyarderlər siyahısının ilk pilləsini yenə “Amazon”un rəhbəri Cef Bezos tutub. Bezosun sərvəti 182 milyard dollar təşkil edib.

Oxuməni.az