Yaxın iki gün ərzində havanın temperaturu dəyişməyəcək

Yaxın iki gün ərzində havanın temperaturu dəyişməyəcək

18 May 2012 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 19-da hava gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq. Mayın 19-20-də Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

O.M.