Qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimə yazılıb

Qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimə yazılıb

18 Noyabr 13:44
539
Bəyəndim (0) Bəyənmədim (0)

2020-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə 2 milyon 846 min 500 inzibati xəta aşkarlanıb.

Oxuməni.az-ın xəbərinə görə, qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Xətaların 34,4 faizi yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması, 20,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 8,7 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,3 faizi işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,1 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 3,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblərlə bağlıdır.

Oxuməni.az