Günün fotosu
Günün videosu
Şərhsiz
Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb

17 Noyabr 16:11
510
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin oktyabrın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1244,4 min nəfər pensiyaçı qeydiyyatda olub.

Oxuməni.az-a Dövlət Statistika Komitəsindən bildirilib ki, bu da ölkə əhalisinin 12,4 faizini təşkil edir. Onların 58,3 faizi yaşa, 30,3 faizi əlilliyə, 11,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,0 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 13,2 faiz artaraq 298,4 manat təşkil etmiş və orta aylıq əmək haqqının 42,2 faizinə bərabər olub.

Oxuməni.az