Ermənistanın təxribatı nəticəsində Mingəçevirdə 31 fərdi yaşayış evinə ziyan dəyib

Ermənistanın təxribatı nəticəsində Mingəçevirdə 31 fərdi yaşayış evinə ziyan dəyib

14 Noyabr 14:58
298
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Mingəçevir şəhərinə dəymiş ziyanın qiymətləndirilməsinə başlanıb.

Oxuməni.az-ın məlumatına görə, İşçi qrupu Mingəçevir şəhərində də qiymətləndirmə işlərinə start verib. Maliyyə nazirinin müşaviri, Mingəçevir şəhəri üzrə İşçi qrupunun rəhbəri Rafiq Hüseynov APA-ya bildirib ki, biz artıq şəhər ərazisində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlanılıb: “Hazırda Mingəçevir şəhərində fəaliyyətimizi davam etdiririk. İşçi qrupunun fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb. İşçi qrupu tərəfindən bu günədək 34 akt tərtib edilib. Bunun 31-i fərdi yaşayış evlərinin, 3-ü nəqliyyat vasitələrinin payına düşür. Bir ev və bir yarımçıq tikili tamamilə yararsız hala düşüb. Ermənilərin şəhəri raket atəşinə tutması nəticəsində yararsız vəziyyətə düşmüş bir yaşayış evinin tikintisi və iki evin isə təmiri "Azərenerji" tərəfindən həyata keçirilir. Dekabrın 10-dək dəymiş ziyanın qiymətləndirilməsi və tələb olunan maliyyə vəsaitinin həcminə dair təkliflər Dövlət Komissiyasına təqdim ediləcək. Bir neçə günə biz işimi yekunlaşdıracıq".

Səda