Azərbaycan Mərkəzi Bankı yeni pulsayan maşınlar alacaq

Azərbaycan Mərkəzi Bankı yeni pulsayan maşınlar alacaq

6 Noyabr 2020 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Mərkəzi Bankı (AMB) xəzinə infrastrukturunun fəaliyyətinin təmin etmək üçün yeni pulsayan maşınların alınması üçün açıq tender elan edib.

Oxuməni.az xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 26-sı, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 8-I, saat 14:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi dekabrın 8-də, saat 15:00-da portalda açıqlanacaq. İş ən gec 1 ay ərzində təhvil verilməlidir.

Oxuməni.az