Hər çıxışı "sərvətdir"

Hər çıxışı "sərvətdir"

25 Aprel 2011 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin eks baş naziri Qordon Braun hər çıxışına görə ortalama 62 min funt-sterlinq qazanır.

Qlobal iqtisadi böhran mövzulu kitabı üçün 78 min 290 sterlinq pul alan Broun çıxışlar üçünsə ən azı 50 min sterlinq tələb edir. O, natiq olaraq qatıldığı tədbirlərdən əldə etdiyi pulları şəxsi xərcləri üçün israf etmədiyini söyləyir. Broun bu pulu ictimai layihələr hazırlayan 'Gordon və Sara Brown Office' işçilərinə əmək haqqı kimi ödədiyini ifadə edib. Sabiq dövlət məmurunun 'Beyond the crash' adlı kitabından əldə etdiyi gəliri isə xeyriyyə qurumlarına bağışladığı bildirilir.

Nyu-York Universitetində təşkil edilən 'Rezidanstaki seçmə liderlər' mövzulu konfransdakı çıxışı üçün 71 min 544 sterlinq pul aldığı bilinən Braunun Nigeriyada 'This Day' qəzeti tərəfindən təşkil edilən seminardakı çıxışından 62 min 181 sterlinq, Səudiyyə Ərəbistandakı Kral Səud Universitetindən isə 49 min 053 sterlinq qazandığı yazılır.

Britaniyanın eks baş naziri etiraflar kitabını qələmə alsa, günahsız öldürdükləri insanlar barədə məlumatlar daha çox oxucu toplayar. Bu isə əlavə pul deməkdir.

Günel Həbib


O.M.