Doqquz ayda Azərbaycandan 10,6 milyard dollarlıq ixrac reallaşdırılıb

Doqquz ayda Azərbaycandan 10,6 milyard dollarlıq ixrac reallaşdırılıb

3 Noyabr 2020 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 10,6 milyard dollar, o cümlədən qeyri-neft sektoru üzrə 1,3 milyard dollar dəyərində ixrac reallaşdırılıb.

Oxuməni.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayına istinadla xəbər verir ki, 9 ayda Rusiyaya 485,9 milyon, Türkiyəyə 252 milyon, İsveçrəyə 166,1 milyon, Gürcüstana 99,6 milyon və Çinə 33,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub.

Oxuməni.az