Sabah gündüz 30 dərəcə isti olacaq, axşam və gecə qısamüddətli yağış yağacaq

Sabah gündüz 30 dərəcə isti olacaq, axşam və gecə qısamüddətli yağış yağacaq

16 May 2012 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mayın 17-də Azərbaycan ərazisində gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Bakı və Abşeron yarımadasında mayın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

O.M.