“PAŞA Holdinq”in “PAŞA Bank”dakı payı 60%-dən 56,82%-ə enib

“PAŞA Holdinq”in “PAŞA Bank”dakı payı 60%-dən 56,82%-ə enib

28 Oktyabr 2020 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

“PAŞA Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

Oxuməni.az xəbər verir ki, Bankın nizamnamə kapitalının 21 511 800 manat və yaxud 6,5% artırılaraq 333 000 000 manatdan 354 511 800 manata çatdırılmasından sonra baş verib.

Belə ki, kapital artımı üçün “PAŞA Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 33 300 manat olan 646 ədəd yeni səhmin 49-nu Bankın əsas səhmdarı – “PAŞA Holdinq” MMC, 597-ni isə digər səhmdar – Arif Paşayev alıb. 3-cü səhmdar – “Ador” MMC isə prosesdə iştirak etməyib.

Son nəticədə “PAŞA Holdinq”in “PAŞA Bank”dakı payı 60%-dən 56,82%-ə, “Ador”un payı isə 30%-dən 28,18%-ə düşüb, A.Paşayevin payı isə 10%-dən 15%-ə çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb.

Oxuməni.az