“S & P”: “Pasha Insurance”-nin  2020-ci ildə dividend ödənişlərinin əmsalı xalis mənfəətin 100 faizi qədər olub

“S & P”: “Pasha Insurance”-nin 2020-ci ildə dividend ödənişlərinin əmsalı xalis mənfəətin 100 faizi qədər olub

28 Oktyabr 2020 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

“Standard & Poor Global Rating” beynəlxalq agentliyi “Pasha İnsurance” ASC sığorta şirkətinin uzunmüddətli maliyyə dayanıqlığı və uzunmüddətli kredit reytinqlərini “BB+”dən “BB”dək azaldıb.

Oxuməni.az agentliyin hesabatına istinadən xəbər verir ki, reytinqlərə dair də “sabit” proqnozu verilib. Agentliyin qənaətincə, “Pasha İnsurance”ın reytinqlərinin azalması gözləniləndən artıq dividend ödəmələri nəticəsində qarşıdakı iki il ərzində şirkətin dəyəri və maliyyə risqləri təzyiq altında olacaq. Həmçinin makroiqtisadi şərtlərin gərginləşməsi üzündən də şirkətin aktivlərinin keyfiyyətinə əlavə təzyiq ola biləcəyi qeyd olunur:

“Əvvəlki ehtimalımıza görə 2020-2022-ci illər ərzində şirkətin dividendləri xalis mənfəətin 50 faizinə yaxın olacaqdısa, 2020-ci ildə dividend ödənişlərinin əmsalı xalis mənfəətin 100 faizi qədər oldu. Ödənişlərin 2021-ci ildə də həmin səviyyədə olacağı, 2022-ci ildə isə 80 faizə enəcəyi gözlənilir”.

Bununla yanaşı “S & P Global Rating” Azərbaycan ÜDM-nin artım sürətinə dair proqnozunu da yeniləyərək həmin göstəricinin cari ildə 6,9 faiz azalacağını, gələn ildə isə 3 faizədək artacağını güman edir:

“COVID-19 pandemiyası və neftin ucuzlaşması üzündən artım perspektivi üçün yaranan risqlər hərbi gərginliyin artması ilə daha da güclənə bilər”,– hesabat müəllifləri qeyd ediblər.

Onlaraın fikrincə, müştəriləri daha çox SOCAR da daxil olmaqla ölkənin ən böyük maliyyə təşkilatlarından ibarət olduğu “Pasha İnsurance” şirkətinin brutto sığorta mükafatı cari ildə sabit qalmaqla 2021-2022-ci illərdə iqtisadiyyatda sabitləşmə ilə 5 faizədək artacaq: “Azərbaycanın qeyri-həyat sığortası bazarında “Pasha İnsurance”ın brutto sığorta mükafatına görə payı 2020-ci ilin birinci yarısında 41 faizə çatıb. Şirkətin bu bazardakı lider mövqeyini, habelə hazırkı maliyyə dəyərini bundan sonra da qoruyub saxlayacağını gözləyirik”.

Həmçinin “sabit” proqnozu şirkətin həm kredit, həm də sərmayə sahələrində müsbət nəticələr sayəsində qarşıdakı 12 ay ərzində də yüksək əməliyyat göstəricilərinə nail olacağı ehtimalını ehtiva edir.