Bu günə qədər 560 mln barel Azərbaycan nefti, 7 mlrd kubmetr qaz ixrac edilib

Bu günə qədər 560 mln barel Azərbaycan nefti, 7 mlrd kubmetr qaz ixrac edilib

28 Oktyabr 2020 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

"Azəri-Çıraq-Günəşli neft yataqları bloku və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istifadəyə veriuldikdən sonra Azərbaycanın beynəlxalq aləmdə əhəmiyyəti daha da artıb".

Oxuməni.az xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov onlayn keçirilən Bakı Beynəlxalq Enerji Xartiyası Forumunda bildirib.

O, həmin layihələr hesabına xaricə satılmış neft və qazın həcmini açıqlayıb: “Bu günə qədər 560 mln barel Azərbaycan nefti, 7 mlrd kubmetr qaz ixrac edilib. Bu ilin əvvəlindən isə Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa bazarına çıxarılıb”.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi energetika sahəsində "ağıllı" texnologiyaların tətbiqində maraqlıdır və bu sahədə addımlar atır: “Biz öhdəlik götürmüşük ki, 2030-cu ilə qədər atmosferə atılan istixana qazlarının həcmi 35% azaltmalıyıq. Həmçinin energetika sistemindəki itkilərin azaldılması üçün də ciddi addımlar atırıq. Hazırda bu sahədə iki qanun layihəsi qəbul olunub ki, onlar da beynəlxalq təşkilatların dəstəyi ilə baş verib. Biz elə etməliyik ki, bu sahədə azad rəqabət mühiti formalaşsın”.

Oxuməni.az