1 dollara hava limanı satılır

1 dollara hava limanı satılır

25 Aprel 2011 12:58
Bəyəndim (0) Bəyənmədim (0)
Qonşunun "B" planı

İkinci böyük şəhəri Kutaisini turizm sahəsində böyütmək üçün qolları çirmələyən Gürcüstan rəhbərliyi "Kopitnari" hava limanını 1 dollara satışa çıxartdı. "TAV" başda olmaqla bir çox türk firması bu satışla maraqlanır.

Gürcüstan xarici investisiyaları cəlb etmək üçün bəzi dövlət obyektlərini sudan ucuz qiymətlərlə vitrinə qoymağa başladı. İqtisadi böhranda böyümə çətinliyi çəkən Gürcüstan hökuməti ölkənin ən böyük ikinci şəhəri Kutaisinin aeroportunu 1 dollara satacaq. Bu ölkənin İqtisadiyyat naziri Vera Kobaliya, "Kutaisini turizm başda olmaqla dünyaya tanıtmaq istəyirik. Bura əhəmiyyətli bir bölgədir. Aeroportu 1 dollarlıq simvolik bir rəqəmə satacağıq. Hindistan və ABŞ başda olmaqla bir çox xarici ölkələr layihə ilə maraqlanmağa başlayıblar", - dedi. Nazir Kutaisinin xalqlararası investisiya və turizm kimi sahələrdə diqqətçəkici inkişaf üçün fürsət ola biləcəyini söylədi. Kobaliya Kutaisidəki hava limanına talib olacaq firmadan 20 milyon dollarlıq sərmayə tələb etdiklərini də açıqladı.

Gürcü nazir Kobaliyanın ifadə etdiyi xaricilər arasında türk şirkətlər də var. 30.5 hektarlıq sahə üzərinə qurulu "Kopitnari" aeroportuna elçi düşən türk şirkətlərinin başında yenə ölkənin ən böyük aeroportlarından ikisini idarə edən "TAV" hava limanları holdinqi də var. Ötən illərdə xidmətə girən Tbilisi və Batumi hava limanlarını da "TAV" 1 dollara almağa hazırdır.

Ucuz ətin şorbası olmaz...

Günel Həbib


O.M.