Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları yenidən qurulur

Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları yenidən qurulur

20 Oktyabr 2020 11:30
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Oxuməni.az-a məlumat verilib.

Ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.

Oxuməni.az