Gürcüstan Azərbaycandan ümumi dəyəri 342,1 mln ABŞ dolları olan məhsul tədarük edib

Gürcüstan Azərbaycandan ümumi dəyəri 342,1 mln ABŞ dolları olan məhsul tədarük edib

19 Oktyabr 2020 11:27
Bəyəndim (1) Bəyənmədim (0)

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 342,1 mln ABŞ dolları olan məhsul tədarük edib.

Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxalı 14,3% azalıb.

Hesabat dövründə Azərbaycan 6% payla Gürcüstanın Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V əsas idxal tərəfdaşı olub.