43 dövlət əmlakı hərraca çıxarılır

43 dövlət əmlakı hərraca çıxarılır

15 Oktyabr 2020 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti noyabrın 10-da növbəti hərrac dəfə keçirəcək.

Oxuməni.az-a Nazirlikdən verilən məlumata görə, hərraca nəqliyyat, inşaat, təmir, quşçuluq, ticarət, istehsal və digər sahələr üzrə 43 müəssisə çıxarılacaq. Özəlləşdirməyə çıxarılan müəssisələr paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə onlayn qoşula bilər.

Oxuməni.az